Modern.az

Cəzası azaldılanların işi prokurorluqdadır

Cəzası azaldılanların işi prokurorluqdadır

Aktual

11 Noyabr 2021, 12:17

“Amnitsiya tətbiq olunan şəxslərin əvvəlki məhkumluqlarının olub-olmaması yoxlanılır”.

 

Modern.az xəbər verir ki, Ədliyyə Nazirliyinin 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masada çıxışı zamanı Penitensiar Xidmətin Təşkilat nəzarət idarəsinin rəisi Vüqar Abışov deyib.

 

O bildirib ki, amnitsiya aktı qəbul edilən gündən aidiyyəti üzrə komissiya və işçi qrupu yaradılıb:

 

“Əsas məqsəd amnitsiya tətbiq edilən məhkumların siyahısı baş idarəyə təqdim edilməsidir. Biz informasiya bazasından istifadə edərək məlumatları yoxlayırıq. Amnitsiya aktının şamil olunduğu, lakin tətbiq edilmədiyi məhkum ola bilməz. Eyni zamanda, Ədliyyə nazirinin əmri ilə Penitemaiar Xidmətin və Ədliyyə əməkdaşlarının birgə fəaliyyəti ilə ciddi nəzarət həyata keçirilir. Pentensiar müəssisələr üzrə bu günə qədər 100-dən çox məhkum azad edilib, cəza müddəti azalan məhkumlarla bağlı isə prokurorluğa təqdim edilib”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?