Ötən il İspaniyada 3941 nəfər intihar edib. Bunun ölkə tarixində bir il ərzində ən yüksək intihar sayı olduğu açıqlanıb.
Modern.az xarici KİV-ə istinadən bildirir ki, İspaniya İntiharın Qarşısının Alınması Fondunun hesabatına görə, ötən illə müqayisədə intihar edənlər 7,4 faiz artıb.
İspaniya Statistika İnstitutunun illik ölüm qeydlərinə əsasən hazırlanan hesabatında isə ötən il ölkədə orta hesabla gün ərzində 11 nəfərin intihar etdiyi qeyd edilib.
Bunun 74 faizi (2930) kişi, 26 faizi (1011) qadındır. İntiharların artmasının səbəblərindən biri kimi yeni növ koronavirus epidemiyasının yaratdığı sosial və iqtisadi problemlərdən yaranan psixi pozğunluqlar olduğu bildirilib.