Modern.az

Bakıda vətəndaşa vaxtı bitən “Pfizer” vurmaq istəyiblər

Bakıda vətəndaşa vaxtı bitən “Pfizer” vurmaq istəyiblər

Aktual

12 Noyabr 2021, 15:43

Sosial şəbəkələrdə koronavirusa qarşı 2-ci doza vurdurmaq üçün paytaxtda yerləşən özəl klinikaya (Caspian İnternational Hospitalda) yaxınlaşan vətəndaşa “Pfizer” peyvəndinin istifadə müddətinin sentyabr ayında bitdiyi deyilib. Oxşar hadisə digər özəl klinikada da  (“Leyla” klinikasında) qeydə alınıb. Belə ki, peyvənd olunmaq istəyən vətəndaşa vurulacaq peyvəndin müddətinin noyabrda sona çatacağı qeyd edilib.



Maraqlıdır ki, həmin klinikalarda vətəndaşlara istifadə müddəti bitən vaksinləri vurdurmaq təklifi də olunub.

 

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatı Avropa Dərman Agentliyi və ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alıb:

 

"Belə ki,  ÜST COVID-19 əleyhinə peyvəndləmədə “Pfizer/Biontech” preparatından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı məktub göndərib.

Məktuba əsasən “Pfizer/Biontech” preparatının istifadə müddəti 6 aydan 9 aya qədər uzadılıb. Bununla əlaqədar olaraq hazırda ölkəmizdə istifadə olunan Pfizer/Biontech vaksininin istifadə müddəti 31 dekabr 2021-ci il tarixinədəkdir".

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?