Modern.az

Məşhur əsər fantastik QİYMƏTƏ

Məşhur əsər fantastik QİYMƏTƏ

14 Noyabr 2021, 15:19

Dünyaca məşhur hollandiyalı rəssam Vinsent Van Qoqun "Buğda tayası" adlı əsəri rekord qiymətə satılıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, əsər "Christies" hərrac evində satışa çıxarılıb.

 

1888-ci ildə çəkilən rəsm əsəri 35,9 milyon dollar (təxminən 61 milyon manat) qarşılığında yeni sahibinə verilib. Onun kimliyi ilə bağlı heç bir məlumat açıqlanmayıb.

 

Əsər proqnozlaşdırılan qiymətdən 6 milyon dollar daha baha qiymətə satın alınıb.

 

Qeyd edək ki, "Buğda tayası" İkinci Dünya müharibəsi zamanı alman nasistləri tərəfindən ələ keçirilmişdi.

Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?