Modern.az

Ana ölümlərinin SƏBƏBLƏRİ

Ana ölümlərinin SƏBƏBLƏRİ

Aktual

16 Noyabr 2021, 08:59

Əvvəllər analar hansısa irsi, ürək və digər xəstəliklər səbəbindən vəfat edirdisə, indi qeyd olunan xəstəliklər sırasına COVID-19 virusu da əlavə olunub.


Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, aparılan təhlillərə əsasən, mövcud ağciyər-ürək xəstəlikləri, irsi xəstəliklər, ağır somatik patologiyalar, COVID-19 virusuna yoluxma halları ana ölümlərinə səbəb olub.

“Ölüm hallarının qarşısını  almaq üçün  hamiləlik öncəsi müayinə, hamiləliyin planlı şəkildə təşkil olunması, vaxt itkisinə yol verməmək  məqsədəuyğundur”. 

İnstitutdan bildirilib ki, araşdırmalar zamanı  ölüm hallarına səbəb planlaşdırılmamış hamiləlik, hamiləlik öncəsi qadının müayinə olunmaması kimi faktlar da daxildir.

Qeyd edək ki, 2020 -ci ildə Azərbaycanda ana ölümlərinin sayı 20 nəfər olub. 2019-cu illə müqayisədə ana ölümünün səviyyəsində 14,9-dan 15,8-ə qədər artım müşahidə olunub. Həmçinin, ötən il hər 100 min nəfər diri doğulana 15,8 nəfər ana ölümü düşür.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?