Modern.az

Turşudan zəhərlənən azyaşlının vəziyyəti ağırdır

Turşudan zəhərlənən azyaşlının vəziyyəti ağırdır

Aktual

16 Noyabr 2021, 13:00

Turşudan zəhərlınən uşağın vəziyyəti ağırdı Noyabrın 14-də pomidor turşusundan zəhərlənmə ilə “Kliniki Tibbi Mərkəz”ə gətirilən 2011-ci il təvəllüdlü Aytac Ricay qızı Mirzəyeva Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına köçürülüb.

 

Mərkəzdən Modern.az-a verilən məlumata görə, hazırda reanimasiyada olan A.Mirzəyeva süni nəfəs aparatına qoşulub və vəziyyəti ağır-stabildir.

 

Qeyd edək ki, turşudan zəhərlənən Füzuli rayon sakinləri Ricay Mirzəyev (ata) və Aytac Mirzəyeva (qız) noyabrın 12-də rayonun mərkəzi xəstəxanasına yerləşdirildikdən sonra vəziyyətləri ağırlaşdığı üçün Bakıya gətirilib.

 

“Kliniki Tibbi Mərkəz”ə yerləşdirilən xəstələrdən biri, ata Ricay Mirzəyevin həyatını xilas etmək isə mümkün olmayıb.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu