Modern.az

Ermənistan sülh istəmədiyi üçün bu təxriatlara GEDİR

Ermənistan sülh istəmədiyi üçün bu təxriatlara GEDİR

Aktual

17 Noyabr 2021, 14:24

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i gecə saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutmuşdu. Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub, 10 nəfər isə yaralıdır.


Milli Məclisin Xankəndidən olan deputatı Tural Gəncəliyev baş verən hadisələri şərh edərkən Modern.az-a deyib ki, ermənilər sərhədlərin delimitasiyası və demakrasiyasından imtina etmək, sülh prosesinin tam bərqərar olmasını gecikdirmək məqsədi ilə bu təxribatlara əl atıblar:

“Ermənistanın Azərbaycanın dövlət sərhədində törətdiyi təxribat xarakterli hadisə sırf Ermənistanın revanşist siyasi hərbi rəhbərliyinin ideoloji xəttindən irəli gəir. Onlar təəssüflər olsun ki, hələ də reallığı qəbul etmirlər. Sərhəd delmitasiyasından, demakrasiyasından imtina etmək, sülh prosesinin tam bərqərar olmasını gecikdirmək məqsədi ilə bu təxribata əl atdılar. Təəssüf ki, 7 şəhidimiz, 10 yaralımız var. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin.  Bu təxribat xarakterli hadisəninin cavabı verildi, yenə də veriləcək. Hesab edirəm ki, Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü   tanımadıqca, yekun sülh sazişi ilə bağlı Azərbaycan tərəfinin təklif etdiyi məsələlərə konstruktiv yanaşmadıqca, bu təxribat xarakterli hadisələri davam etdirərsə, bütün məsuliyyət onların üzərinə düşəcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi