21 yaşlı "Rusiya gözəli" Yuliya Polyaçixina 59 yaşlı oliqarx Rüstəm Tarikodan qız övladı dünyaya gətirib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Xəbərdə bildirilir ki, rusiyalı milyarder körpəyə 90 yaşlı anasının şərəfinə Roza adını verib.
Məlumata görə, milyarder Rüstəm Tariko "Rusiya gözəli" ilə üç ildir ki, görüşür. Cütlük oliqarxın əsas təşkilatçı olduğu "Miss Rusiya" müsabiqəsində tanış olub. Tarikonun əvvəllər müsabiqənin qalibləri - Viktoriya Lopyreva və ona oğul övladı doğmuş Alyona Qavrilova ilə də münasibətləri olub.
Yeni doğulan qız usage Yuliya Polyaçixinanın ilk, Rüstəm Tarikonun isə dördüncü övladı olub.
Milliyyətcə çuvaş olan Yuliya Polyaçixina 2018-ci ildə "Rusiya gözəli" seçilib.