“Noyabr ayının 1-dən bu günədək şöbəyə 49 nəfər müraciət edib”.
Bu barədə “Kliniki Tibbi Mərkəz”in mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirib.
Qeyd edib ki, müraciət edənlərdən 12-si qidadan zəhərlənib:
“Zəhərlənənlərin 10-u dərmandan, 10-u sirkə turşusundan, 8-i göbələkdən, 8-i dəm qazından, 1-i isə spirtli içkidən zəhərlənib”.
Rəsmi məlumata görə, zəhərlənənlərdən 3-ü dünyasını dəyişib:
“Onlardan biri pomidor turşusundan, biri spirtli içkidən, digəri isə sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Mərkəzə daxil olmuşdu”.