Modern.az

Ən çox xidmət göstərən tibb müəssisələrinin ADLARI

Ən çox xidmət göstərən tibb müəssisələrinin ADLARI

Aktual

18 Noyabr 2021, 11:46

Ən çox xidmət göstərən tibb müəssisələrinin adları açıqlandı Oktyabr ayı ərzində 58 şəhər və rayonda 371 880 vətəndaşa 1 409 319 tibbi xidmət göstərilib.

 

İcbari Tibbi Sığortadan Modern.az-a verilən məlumata görə, bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 599 283 müraciət daxil olub.

 

Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 226 308-i ambulator, 183 011-i isə stasionar şəraitdə göstərilib. Mingəçevir, Gəncə şəhərləri, Yevlax, Beyləqan, Qəbələ, Balakən, Ağdaş, Xaçmaz, Qax və Xocavənd əhalinin hər 1000 nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən, ilk onluqda yer alan şəhər və rayonlar sırasındadır. Ən çox xidmət göstərmiş tibb müəssələri isə Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Xaçmaz, Yevlax, Quba, Bərdə, Şəki, Ağdaş, Balakən və Göyçay rayon mərkəzi xəstəxanalrdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?