Modern.az

Tezliklə yeni Ağdamın ziyarətinə gedəcəyik – AZADLIĞIN 1 İLİ

Tezliklə yeni Ağdamın ziyarətinə gedəcəyik – AZADLIĞIN 1 İLİ

18 Noyabr 2021, 16:50

“20 noyabr Ağdam rayonunun işğaldan azad edilməsinin il dönümüdür. Bu ilə qədər rayonlarımızın anım gününü qeyd edirdiksə, şükürlər olsun ki, bu il işğaldan azad edilməsi günlərini qeyd edirdik”.

 

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

 

Onun sözlərinə görə, Ağdam rayonunun işğaldan azad olunması Azərbaycanın dövlətçilik tarixində hərbi siyasi qələbənin simvollarından biridir:

 

“Ağdam rayonu Azərbaycanın tanınmış, zəngin rayonlarından biridir. Çox haqlı olaraq Ağdama Qarabağın qapısı deyirdirlər. Hələ obrazlı şəkildə şairlər Ağdamı Qarabağın “toy otağı” adlandırırdı. Çalışqan, əməksevər insanları var idi. Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının sovet dönəminin rəhbərliyi illərində Ağdam şəhəri sürətlə inkişaf edən şəhərlərdən biri idi. Təəssüflər olsun ki, Azərbaycanda 1990-cı illərin əvvəlində baş verən hərc-mərclik, dövlətin olmaması, hakimiyyətdə olan şəxslərin səriştəsizliyi və satqınlığı nəticəsində erməni işğalçıları tərəfindən Ağdam rayonu 1993-cü ilin iyulunda işğal olundu”.

 

Deputat qeyd edib ki, Ağdam Azərbaycanın ən çox şəhid verən, döyüşən rayonlarından biridir:

 

“Ağdam camaatı Qarabağın işğalına qarşı ilk etiraz səsini qaldıran və sona qədər mübarizə aparan qəhrəman vətəndaşlarımızdır. 1993-cü ilin iyununda Azərbaycanda baş verən hakimiyyət böhranı Ağdamın da işğalını sürətləndirdi və Ağdamın 70%-i  işğal olundu.  Ağdamın işğalından 1 həftə sonra Ağdamın və digər rayonların işğaldan qeyri-şərtsiz azad olunması haqqında BMT-nin bir qətnaməsi qəbul olundu. Ancaq bu qətnamədə digərləri kimi kağız üzərində qaldı. Nəhayət cənab Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan ordusu, Azərbaycan xalqı yumruq kimi birləşərək ötən ilin sentyabrın 27-də başlayan, 44 gün davam edən Vətən müharibəsini qələbə ilə sonlandırdı. 10 noyabrda imzalanmış bəyanatla Ağdam, Kəlbəcər və Laçın rayonlarının bir güllə atılmadan, bir şəhid vermədən işğaldan azad edilməsi mümkün oldu.

 

 

 

Bu məhz cənab Prezidentin tarixi nəaliyyəti, qəhrəmanlığı idi ki, əsgərlərimizi də, vətəndaşlarımızı da qorudu”, müharibənin uzanmasının qarşısını aldı. Ağdam işğaldan azad olunduqdan 3 gün sonra cənab Prezident, Ali baş komandan İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Ağdama səfər etdilər. Həm dünya, həm də ölkə ictimaiyyətinə məlum oldu ki, Ağdam şəhərində daş daş üstə qalmayıb. Yalnız Ağdamda Cümə Məscidinin minarələri və dağıdılmış divarlarından başqa heç nə qalmayıb. Prezident digər işğaldan azad olunmuş torpaqlarımız, rayonlarımız kimi Ağdamın da dirçəlməsi üçün öz sərəncamını verdi, qısa müddət ərzində Ağdamın ətrafındakı yaşayış məntəqələrinin minalardan təmizlənməsi prosesi başlayıb. Artıq, Ağdamın baş planı təsdiq olunub. Yaxın müddətdə yeni bir Ağdamın ziyarətinə gedəcəyik. Hazırda Ermənistan öz təxribatlarından geri qalmır. Şəhid verdik, yaralımız oldu. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza can sağlığı versin”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi