“Yeni Azərbaycan Partiyası artıq 29 ildir ki, fəaliyyətdədir. YAP 29 il bundan öncə ulu öndərin rəhbərliyi ilə təsis olunub və o, birbaşa sədr seçilib. Partiyanın Nizamnaməsi qəbul olunub, Siyasi Şura yaradılıb. Bu günlər Yeni Azərbaycan Partiyasının uğurlarından yazmaq lazımdır”.
Bu fikirləri Modern.az açıqlamasında Kəlbəcərin deputatı Aqil Məmmədov hakim partiyanın yaranış tarixindən danışarkən bildirib.
A.Məmmədov onu da əlavə edib ki, mərhum Heydər Əliyevin hakimiyyətə qayıdışının Azərbaycana nə verdiyini təbliğ etmək lazımdır:
“Ulu öndər elə zamanda, elə dövrdə hakimiyyətə qayıtdı ki, Azəbaycan artıq parçalanma, vətəndaş müharibəsi astanasında dayanmışdı. O vaxtı hakimiyyətə gələn rəhbərliyin səriştəsizliyi ucbatından Azərbaycan demək olar ki, yox olma ərəfəsinə çatmışdı. “91-lər” yığılıb Heydər Əliyevə müraciət etdilər ki, hakimiyyətə qayıtsın və bu çağırış yeni bir partiyanın yaranmasına zərurət yaratdı. Bax bu baxımdan istəyirəm ardıcıllıqla bu məsələləri vurğulayaq və Yeni Azərbaycan Partiyasının bugünkü zəfərimizə olan töhfəsindən danışaq”.
Deputat deyib ki, o vaxt Yeni Azərbaycan Partiyası yaranmasaydı, Heydər Əliyev ona sədr seçilməsəydi və “91-lər”in çağırışını qəbul edib Bakıya gəlməsəydi, təbii ki, bügünkü inkişaf etmiş Azərbaycandan danışmaq çətin olacaqdı:
"YAP ulu öndərin hakimiyyətə gəlişindən sonra hakim partiya olaraq, bu gün də çox uğurla inkişaf edir. Onun missiyası, məranmı da bundan ibarətdir. Demokratik, sivil, hüquqi dövlətin yaranmasın arzusunda idik, bu gün ona nail olumuşuq. YAP-ın 7-ci qurultayı bugünkü müasirliyin tələbi idi ki, orada da bir yenilik olsun, müasir çağırışa cavab verən səviyyədə öz işlərini görə bilsinlər. Artıq YAP nəinki Azərbaycanda ən güclü siyasi partiya, hətta regionumuzda ən aparıcı, qabaqcıl siyasi təşkilat olduğunu sübut edib. Partiyanın yürütdüyü siyasət bizi qələbəyə gətirib çıxartdı. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz işğalda olan torpaqlarımızı azad etdi. Bu gün biz qalib ölkə, partiya olaraq YAP-ın yaranmasının 29-cu iliyini qeyd edirik. Bu münasibətlə bütün partyiya üzvlərini ürəkdən təbrik edirəm”.