Modern.az

NATO Türkiyə kimi gücü itirmək istəməz

NATO Türkiyə kimi gücü itirmək istəməz

Aktual

20 Noyabr 2021, 11:48

“NATO-Türkiyə münasibətlərində zidiyyətə rast gəlməmişəm”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında politoloq Qabil Hüseynli Türkiyə -NATO münasibətlərini şərh edərkən deyib.

 

“Zənn etmirəm ki, Türkiyə NATO-dan çıxarılsın. Hələ elə bir vəziyyət, əsas yaranmayıb ki, Türkiyəni NATO-dan uzaqlaşdırsınlar. Bu məsələdə əsas iddia qaldıran tərəf Amerika ola bilər. Amerika ilə də həm “5-35”, həm də “F-16” larla bağlı danışıqlar gedir”.

 

Politoloq söylənilən fikirlərin əksinə olaraq, NATO-nun genişlənmək, gücünü artırmaq istədiyini bildirib:

 

“Belə olan təqdirdə Türkiyə kimi bir gücü itirməz, özlərindən uzaqlaşdırmazlar. Bu saat Avropa ölkələri ilə NATO arasında gərginlik var. Xüsusən Rusiyadan ciddi təhdidlər olduğuna görə onlar öz müdafiə orqanlarını yaratmaq istəyirlər. NATO və Amerika da bunun əleyhinədir. Yəni, NATO-nun öz daxilində Amerika və digər üzvlər arasında problem var”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi