Modern.az

“Azərişıq” minaya düşən əməkdaşı ilə bağlı məlumat YAYDI

“Azərişıq” minaya düşən əməkdaşı ilə bağlı məlumat YAYDI

Aktual

23 Noyabr 2021, 12:34

Noyabrın 21-də Laçın rayonunun Güləbird kəndi ərazisində minaya düşərək xəsarət alan “Azərişıq” ASC əməkdaşı Əbilov Mahir Ramiz oğlunun vəziyyəti hazırda stabildir.

 

“Azərişıq” ASC-dən Modern.az-a verilən məlumata görə, hadisədən dərhal sonar Mahir Əbilov “Azərişıq” ASC rəhbərliyinin qərarı ilə təcili olaraq Bakı şəhərindəki özəl klinikalardan birinə gətirilib və əməliyyat olununb:

 

"Təəssüf ki, yaralının bir ayağı topuqdan amputasiya edilib", - məlumatda qeyd edilir.

 

Qeyd edək ki, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşüb. O, Laçın istiqamətində yüksək gərginlikli xəttin çəkilişi üçün buraya Biləsuvar Elektrik Şəbəkəsindən elektrik kimi ezam olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər