“Açılışdan sonrakı dövrlə müqayisədə zooparkın ziyarətçiləri azalıb”.
Bu fikirləri Modern.az-a açıqlamasında Zooloji Parkın direktoru Azər Hüseynov bildirib.
A.Hüseynov karantin qaydalarına riayət etməyə çalışdıqlarınıı qeyd edib:
“Əməkdaşlarımız ziyarətçilərin ara məsafəsini gözləməsinə nəzarət edir. Valideynlərə məsləhət görərdim ki, övladlarını həftəsonu özləri gətirsinlər. Şagirdlər həftəiçi məktəb və müəllimlər ilə sinif halında zooparkı ziyarət edə bilərlər. Amma yaxşı olar ki, toplu şəkildə yox, elə ailələrlə gəlsinlər”.
Qeyd edək ki, oktyabrın 7-də açılışı olan Bakı Zooloji Parkında bir müddət ziyarətçilər arasında izdiham müşahidə edilirdi. Zooparkda yaranan sıxlığı aradan qaldırmaq üçün şəhər İcra Hakimiyyətinin şöbə müdirləri, departament rəhbərləri, polislər işə cəlb olunmuşdu.