Modern.az

Koronavirus peyvəndi bu ölkələrdə insanları xilas etdi

Koronavirus peyvəndi bu ölkələrdə insanları xilas etdi

Aktual

26 Noyabr 2021, 16:55

COVID-19 peyvəndləri Avropada yarım milyona yaxın insanın həyatını xilas edib.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda Ümumdünya Səhiyyə Təşkilatının Avropa ofisi və Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi birgə açıqlama yayıb.

Açıqlmada qeyd olunub ki, koronavirusa qarşı istifadə olunan peyvənd 60 yaşdan yuxarı 469 min insanın virus səbəbi ilə ölməsinin qarşısını alıb. Bildirlib ki, peyvənd olmasaydı, Avropada ölənlərin sayı iki dəfə artacaqdı.

Koronavirusa qarşı peyvənd İslandiyada 93, İngiltərədə 86, İsraildə  80, Belçikada 50, İsveçdə  42, İtaliyada 37, Macarıstanda 33 faiz insanın həyatını xilas edib.

Rumıniya (20%), Polşa (19%), Xorvatiya (16%) və Slovakiya (14%) siyahıda sonuncu yerdədir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi