“Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB-nin qarşılıqlı olaraq, “Azəristiliktəchizat” ASC-yə borclu olduqlarına dair məlumatlar var.
“Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyev Modern.az-a bildirib ki, təmsil etdiyi qurum yalnız “Azəriqaz” İB-yə borcludur.
O qeyd edib ki, borcun ödənilməsi istiqamətində zəruri tədbirlər görülməkdədir:
“Dekabrın 15-nə kimi “Azəriqaz” İB rəhbərliyinə məlumat verilib. Bu müddət ərzində də zəruri tədbirlər görüləcək”.
““Azərsu” ASC və “Azərişıq” ASC ilə borcla bağlı heç bir problemimiz yoxdur və borcların hamısı ödənilib” - deyə, “Azəristiliktəchizat” rəsmisi bildirib.