Keçmiş deputat Sona Əliyevanın sosial şəbəkə hesabına kiber hücum təşkil olunub.
Modern.az-a açıqlama verən eks-deputat son vaxtlar səhifəsindən aktiv istifadə etmədiyi üçün bu gün xəbərdar olduğunu bildirib.
“Səhər səhifəmdə paylaşım etmək istəyəndə axtarışda tapa bilmədim. Səhifə proqramında da 19000 izləyicisi olan səhifəm çıxmadı. Ona görə “Facebook” profilimdən belə status paylaşdım”.
S.Əliyeva gün ərzində bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəciyini bildirib:
“İzləyicilərə demək istəyirəm ki, səhifəmdə hər hansı paylaşım olarsa, bunun mən tərəfindən edilmədiyini və bu haqda mənə məlumat vermələrini xahiş edirəm”.