Modern.az

Qripə yoluxanlar ARTIB

Qripə yoluxanlar ARTIB

7 Dekabr 2021, 11:10

“Qrip, ani başlayan hərarət, öskürək, boğaz ağrısı, baş ağrısı, burun axıntısı, əzələ və oynaq ağrıları ilə seyr edilir. İnfluenza virusu yuxarı və aşağı tənəffüs yollarında artıb çoxalır və hüceyrələrin nekrozuna səbəb olur. Qısa bir inkubasiya dövründən sonra temperatur yüksəlir, baş ağrısı, halsızlıq, iştahsızlıq ilə özünü göstərir”.

 

Modern.az xəbər verir ki, bunu səhiyyə nazirliyinin ekspert-mütəxəssisi Zakir Quliyev bildirib.

 

Onun sözlərinə qripə yoluxan zaman ağrı daha çox alın, gicgah nahiyəsində, qaşların üstündə, göz almalarında və bəzən beldə müşahidə olunur.

 

“Oynaq, əzələ ağrıları xəstəni olduqca halsız edir. Temperatur 38 və daha yüksək ola bilər və bir neçə gün davam edir. Xəstədə boğaz ağrısı, burun axıntısı, əvvəlcə quru sonra selikli öskürək, səsin qalınlaşması, gözlərdə konyuktivaların qızarması, müayinə zamanı yumşaq damaqda və udlaqda səpgilər müşahidə olunur. Öskürək hətta hərarət endikdən sonra belə davam edir. Öskürək zamanı döş nahiyyəsində ağrı nəzərə çarpır. Bəzən hətta qarın ağrısı və ishal da rast gəlinir”.

 

Z.Quliyev insanların qripə havam-damcı yolu ilə yoluxduğunu, öskürüb, asqıran xəstənin daxilində olan çox sayda virus damlacıqlarını ətrafa yaydığını qeyd edib.

 

“Bu damlacıqların ağız, burun ya da gözlərimizə təmas etdiyi zaman xəstəlik yoluxur. Bu səbəblə qripli bir xəstə virusu ətrafa yaymamaq üçün öskürüb asqırırkən ağzını bir dəsmalla, əgər dəsmal yoxdursa o zaman qolları ilə tutmalıdır. Qripli xəstə tez-tez əllərini yumalıdır. Su və sabunun olmadığı məqamlarda əl antiseptikləri istifadə edilməlidir”.

 

Qripin hər il oktyabr ayından başlayaraq dekabr ayında artıb, aprel-may ayları da daxil olmaqla, çox görüldüyünü qeyd edən ekspert bildirib ki, bu səbəblə grip peyvəndi hər il oktyabr ayında vurulmalıdır.

 

“Ancaq risk qrupunda olan şəxslərə daha əvvəl peyvənd vurulmayıbsa, fevral ayına qədər peyvənd vurula bilər. Peyvənd bütün dünyada 60 ildən artıqdır ki, istifadə olunur. Peyvənd qripdən 70%-dən çox hallarda qoruyur və riskli insanlarda yarana biləcək fəsadların (məsələn, ağır ağciyər infeksiyaları) qarşısını alır. Xəstəliyin qarşısının alınmasında peyvəndlə yanaşı, əl gigiyenasının təmin edilməsi və ümumi sağlamlıq tədbirlərinə (qidalanma, fiziki fəaliyyət və yuxu rejimi) diqqət yetirilməsi, insanların sıx olduğu mühitlərdən və xəstə insanlardan uzaq durmaq da mühüm əhəmiyyət kəsb edir".

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?