Bu ilin yanvar-oktyabr aylarında paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında (Bakı Limanı) 4,707 milyon ton yük aşırılıb.
Modern.az xəbər verir ki, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Liman” QSC-nin mətbuat katibi Elmar Həbibi məlumat verib.
“Son 1 ildə limanda aşırılmış quru yüklərin həcmi 68,5% artaraq 956 min ton olub. İl ərzində Bakı Limanında yükaşırmanın həcminin 5 milyon tonu keçməsi proqnozlaşdırılır.