Modern.az

Müharibə və qıtlıq – “İlan ili” dünyaya bunları vəd edir - Astroloqdan öncəgörmə

Müharibə və qıtlıq – “İlan ili” dünyaya bunları vəd edir - Astroloqdan öncəgörmə

Aktual

10 Dekabr 2012, 15:59

2013-ə Qara Su İlanı ilinin gəlişinə artıq az müddət qalıb. 2013-cü il Azərbaycana və eləcə də dünyaya nələr vəd edir? Astroloq Firudun Qurbansoy Modern.az-a açıqlamasında “İlan ili”ndə dünyanı nələr gözlədiyi barədə danışıb.

Astroloqun verdiyi proqnoza görə, “İlan ili” özünün gərginliyi ilə yadda qalır. F.Qurbansoyun sözlərinə görə, bu illərdə heç vaxt bolluq olmayıb, həmişə müharibələr olub.
“İndi bu saat dünyada vəziyyət “İlan ili”nə müvafiqdir. Bu hadisələr inkişaf edə-edə gedəcək. Mən demirəm ki, dünyada sakitlik olacaq. Dünyada müharibələr çox yerdə olacaq. O cümlədən Yaxın Şərqdə. Yəni Azərbaycan bu çətinliyin içindən keçib gedəcək”

“İlan ili”nin hansı bürclərə uğur gətirməsi ilə bağlı danışan astroloq qeyd edib ki, onun bütün bürclər üçün uğurlu olacağı gözlənilir.
“İşin rast alınması və çətinliklərə qaldıqda su (balıqlar, xərçəng, əqrəb) və torpaq (buğa, qız, oğlaq) ünsürlü bürclər üçün bu il rahat il sayılır. Çünki bu il su ilanı ilidir. Bu ilanın zəhəri, qəzəbi o biri ilanlara nisbətən azdır. Su ilanlarının insanı sancmasından adam ölmür. Su ilanı öz ovunu bütöv udur, yəni zəhərləyib öldürmür. Bu mənada o biri ilan illərinə nisbətən bu “İlan ili”  müəyyən ünsürlər üçün qismən humanist mərhələ olacaq”.

Sevinc İltifatqızı

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı