Modern.az

Notariusa getməyə ehtiyac QALMADI

Notariusa getməyə ehtiyac QALMADI

8 Dekabr 2021, 16:00

“Artıq insanlar notariusa getmədən mobil tətbiq vasitəsi ilə bir neçə işlərini online şəkildə edə bilərlər”.

 

Modern.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnformasiya və kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib.

 

Onun sözlərinə görə, notariat sənədlərinin notariusa getmədən elektron rəsmiləşdirilməsi aparıla bilər:

 

“Mobil tətbiqimizi 200 mindən çox şəxs telefonuna yükləyib. Hər gün 500-dən artıq şəxs sənədlərini online qaydada rəsmiləşdirir. 2008-ci ildən istənilən vaxt aparılan bütün notariat hərəkətləri barədə məlumat əldə edilə bilərlər. Günün istənilən saatında, dünyanın istənilən nöqtəsində notariat xidmətlərindən yararlanmaq mümkündür”.

 

A.Səmədzadə bildirib ki, bu dünyada ilk dəfə Azərbaycanda tətbiq olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər