İsveçrədə "Bazel" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununda hesab açılıb.
Modern.az xəbər verir ki, 33-cü dəqiqədə Artur Kabral meydan sahiblərini önə keçirib.
***
00:00
İsveçrədərədə "Bazel" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyunu başlayıb.
Modern.az xəbər verir ki, "Sant-Yakop Park" stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürüb. Görüşü xorvatiyalı FIFA referisi Fran Yoviç idarə edir.
Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.