Modern.az

Dilənçi qadın özünü maşınların qarşısına atıb pul tələb edir? - DİN-dən açıqlama

Dilənçi qadın özünü maşınların qarşısına atıb pul tələb edir? - DİN-dən açıqlama

Aktual

10 Dekabr 2021, 11:00

Bakıda dilənçi olduğu iddia olunan qadının özü avtomobilin qarşısına ataraq sürücülərdən pul tələb etməsinə dair görüntülər yayılıb.

 

Modern.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda görüntülənən qadının özünü taksi fəaliyyəti ilə məşğul olan yaşlı kişinin idarə etdiyi maşının qarşısına atdığı iddia olunur. Naməlum şəxsin buna görə qadına 50 manat təklif etdiyi görünür.

 

DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev blildirib ki, yayılan videogörüntü haqda məlumatlıdırlar və məsələ ilə bağlı araşdırma aparılır.

 

Xatırladaq ki, sosial şəbəkələrdə paytaxt ərazisində dilənçiliklə məşğul olan şəxslərin özlərini avtomobilin altına atması ilə bağlı videogörüntülər yayılıb. Görüntülərdə həmin şəxslərin vətəndaşlar tərəfindən saxlanıldığı qeyd edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal