Modern.az

İxtisarlar olmayacaq - Baş direktor

İxtisarlar olmayacaq - Baş direktor

Aktual

10 Dekabr 2021, 11:58

“Qazpaylayıcı stansiyalar “Azəriqaz”la müqavilə əsasında işləyir. Həm “Azəriqaz” İB, həm də “Azernerji”yə qazın daşınmasını həyata keçirir. Gələn ildən qazpaylayıcı stansiyalar “Azəriqaz”ın tərkibinə daxil edilə bilər. Bu zaman orada çalışan işçilər “Azəriqaz” İB -nin kadrları olacaq”.

 

Modern.az xəbər verir ki, bu fikirləri “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib.

 

Onun sözlərinə görə, bu proses zamanı nə Qaz İxrac İarəsi tərəfindən, nə də “Azəriqaz” İB tərəfindən işçilərin ixtisarı olacaq.

 

R.Əliyev əlavə ştatların yaradılması üçün SOCAR-a müraciət etdiklərini bildirib. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?