Koronavirusun “Omicron” ştamının əsas xüsusiyyəti “Delta” kimi yoluxduruculuğunun yüksək olmasıdır.
Modern.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov bildirib.
Onun sözlərinə görə, ilkin mülahizədə virusun 10-15 faiz daha çox yoluxdurduğuna dair fikirlər var:
“Tədqiqatlar davam etdiyi üçün dəqiq nəsə demək olmaz. Əsas xüsusiyyəti “Delta” ştamı kimi sürətli yoluxdurucu olmasıdır. Spesifik əlamətlər olmamaqla bərabər, baş, əzələ ağrıları, qızdırmanın ön planda olması ilə bağlı sadəcə fikirlər var”.
Həkim əlavə edib ki, “Omicron”un insandan heyvana keçməsi ilə bağlı elmi əsaslar yoxdur:
“Koronavirusun digər ştamları heyvanlarda aşkarlanıb. Ona görə “Omicron”un da insandan heyvana və ya əksinə keçməsi ehtimalı var. Hazırda bunun elmi əsası yoxdur”.