Modern.az

“Omicron” peyvəndi əvəz edir?

“Omicron” peyvəndi əvəz edir?

Aktual

10 Dekabr 2021, 15:02

“Koronavirusa yoluxan və peyvənd olunanların da müəyyən müddətdən sonra yenidən koronavirusa yoluxma ehtimalı var”.

 

Modern.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov bildirib.

 

Onun sözlərinə görə bədənin dayanaqlığını və yoluxma ehtimalını azaltmaq üçün 3 doza peyvənd olunmalıdır.

 

F.Sədirov “Omicron”un canlı peyvənd kimi qəbul olunması ilə bağlı fikirlərə aydınlıq gətirən zaman qeyd edib ki, bu ştamın koronavirusun digər ştamları ilə müqayisədə daha yüngül xəstəlik yaratdığına dair tədqiqat nəticəsi yoxdur.

 

O əlavə edib ki, nəinki “Omicron” ştamı, koronavirusun bu günə qədər aşkarlanan digər ştamlarına qarşı effektli, virus əleyhinə müalicə yoxdur.

 

F.Sədirov qeyd edib ki, hazırda bu istiqamətdə tətqiqatlar davam edir:

 

“COVID-19 virusuna qarşı müalicədə tablet şəklində istifadə olunması üçün araşdırılan iki dərman var, amma hələ təsdiqini tapmayıb. Təəssüf ki, nə “omicron”, nə də digər ştamlara qarşı effektli bir müalicə yoxdur. Ümumi müalicə prinsipləri bütün ştamlar üçün keçərlidir. Bunlar dəstək, iltihab əleyhinə müalicələrdir. Bunlar ştamdan asılı olmayaraq, tətbiq olunur”.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?