Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi dönərdən zəhərlənmə ilə bağlı məlumat açıqlayıb.
Hadisə ilə bağlı Modern.az-a açıqlama verən AQTA-nın mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva bildirib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb.
Onun sözlərinə görə, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, ötən gün Bakıda dönərdən kütləvi zəhərlənmə hadisəsi baş verib. Biri qadın, biri yeniyetmə daxil olmaqla 8 nəfər zəhərlənib.