Modern.az

Azərbaycanda 211 uşaq ürək əməliyyatı olunub

Azərbaycanda 211 uşaq ürək əməliyyatı olunub

Aktual

13 Dekabr 2021, 11:48

2021-ci ilin yanvar-noyabr ayları ərzində icbari tibbi sığorta çərçivəsində 211 uşaq üzərində kardiocərrahi əməliyyat icra olunub.

 

Agentlikdən Modern.az-a verilən xəbərə görə, əməliyyatlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) müqavilə bağladığı özəl tibb müəssisələrində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində həyata keçirilib.

 

Əməliyyat olunan şəxslər arasında 2-3 aylıq körpələr də olub. Ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan vətəndaşlar növbəlilik prinsipi əsasında əməliyyat olunublar. Vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı davam edir.

 

Qeyd olunmalıdır ki, perinatal dövrdə meydana çıxan ürək-damar pozuntuları, qan-damar sisteminin anadangəlmə inkişaf qüsurlarının müayinə və müalicəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır. Əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, reanimasiya və stasionarda yatış, yatış müddətində təyin edilmiş laborator və instrumental müayinə xərcləri, histopatoloji, sitopatoloji müayinələr, fizioterapiya, həkim təqibi Xidmətlər Zərfi çərçivəsində təmin edilir.

 

Qeyd edək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə 2550 sayda tibbi xidmət təminata alınır. Tibbi xidmətlərin 950-sini cərrahi əməliyyatlar təşkil edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?