Modern.az

“Omicron” təhlükəli deyil -  Ağır xəstələrin hamısı “Delta”ya yoluxanlardı

“Omicron” təhlükəli deyil -  Ağır xəstələrin hamısı “Delta”ya yoluxanlardı

Aktual

13 Dekabr 2021, 12:05

Ümumdünya Səhiyyə Təşkilatı dünyanın 63 ölkəsində koronavirusun “Omicron” ştamının yayıldığını açıqlayıb. Ötən gün Türkiyə də qeyd olunan ölkələr sırasına daxil oldu. Artıq “Omicron” təhlükəsi Azərbaycana doğru “istiqamət”alır deyə bilərik. Virusun yeni mutasiyasına yoluxmamaq üçün vətəndaşlar nə etməlidir?

 

Həkim-infeksionist İlahə Vəliyeva Modern.az-a bildirib ki, koronavirusun “Omicron” ştamı haqqında hələ ki təsdiqlənmiş dəqiq məlumat yoxdur.

 

Onun sözlərinə görə bu ştam da digərləri kimi hava-damcı yolu ilə insanları yoluxdurur:

 

“Qarşıdan Yeni il bayramı gəlir. İnsanlara məsləhət görərdim ki, yenə də maskadan istifadə etsinlər, sosial məsafə qaydasına əməl etsinlər. Çoxluq olan yerlərdən uzaq olmalarını məsləhət görürəm”.

 

Həkim-infeksionist “Omicron”un əlamətini göstərən konkret protokol olmadığına görə, hansısa əlamət, xüsusiyyət söyləməyin çətin olduğunu bildirib:

 

“Son günlər müraciət edən koronavirus xəstələrində fərqli əlamət, ağrılarla yaxınlaşan olmayıb. Müraciət edənlərin hamısında hələ ki “Delta plus” ştamının əlamətləri ilə qarşılaşırıq: boğaz ağrısı, quru öskürək və yüksək temperatur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?