Modern.az

Xəritələr özünü doğrultmursa, əsirləri niyə qaytarırıq?

Xəritələr özünü doğrultmursa, əsirləri niyə qaytarırıq?

Aktual

13 Dekabr 2021, 16:37

Azərbaycan tərəfi 44 günlük Vətən Müharibəsi bitdikdən sonra minalı ərazilərin xəritələrinin verilməsi müqabilində əsirlikdə olan erməni hərbçiləri geri qaytarmaqda davam edir. Azərbaycan humanistlik göstərsə də, Ermənistan tərəfinin verdiyi xəritələr tam reallığı əks etdirmir. Xarici İşlər naziri Ceyhun Bayramovun ötəngünkü açıqlaması da bir daha bunu təsdiqləyir. Nazir deyib ki, xəritələrin yalnız 25%-i özünü doğruldur.

 

Biz yalnız 25%-i doğru olan xəritələrə görəmi əsirləri geri qaytarırıq?

 

Hərbi ekspert Şair Ramaldanov Modern.az-a məsələni şərh edərkən bildirib ki, xəritələrin verilməsi ilə əsirlərin geri qaytarılmasının heç bir əlaqəsi yoxdur:

 

“Xəritələr başqa mövzudur, əsirlərin qaytarılması başqa. Əsirlərin qaytarılması xəritələrin verilməsi müqabilində baş tutmayıb.

 

Bizim dövlət humanistlik göstərərək əsirləri geri qaytarıb. Ermənistan xəritələri məhz əsirlər söhbətinə görə yox, Beynəlxalq konversiyanın tələbləri əsasında verib.

 

Düşünürəm ki, Ermənistandan Azərbaycana atılan müsbət hər hansı bir addım revanşist qüvvələri ayağa qaldırır. Ermənistan öz xalqını ələ almaq istədiyi üçün əsirlər müqabilində xəritələri geri verdiyini deyir”.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər