Modern.az

“Pfizer”in üzərində Çin dilində yazı...

“Pfizer”in üzərində Çin dilində yazı...

Aktual

14 Dekabr 2021, 09:24

Türkiyədə koronavirusa qarşı “Pfizer” peyvəndi vurdurmaq istəyən şəxslər peyvənd şüşəsinin üzərində Çin dilində yazılar olduğuna diqqət yetiriblər. Sosial şəbəkdə paylaşılan peyvəndin fotosu  geniş müzakirələrə səbəb olub.

 

Modern.az xarici KİV-ə istinadən bildirir ki, Türkiyə səhiyyə nazirliyi sözügedən peyvəndin “Biontech” şirkəti tərəfindən şərq ölkələri üçün istehsal olunduğunu qeyd edib.

 

Belə ki, Türkiyə “Biontech” şirkətindən təcili peyvənd istədikdə, şirkət üzəri çin dilində yazılı olan peyvəndləri göndərə biləcəyini qeyd edib. “Pfizer”in üzərindəki yazıları dəyişdirmək isə mümkün olmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?