Modern.az

“Omicron” ştamının ƏLAMƏTLƏRİ

“Omicron” ştamının ƏLAMƏTLƏRİ

Aktual

14 Dekabr 2021, 09:48

ABŞ Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzləri bütün dünyada narahatlığa səbəb olan koronavirusun “Omicron” ştamının ümumi simptomlarını açıqlayıb.

 

Modern.az xarici KİV-ə istinadən bildirir ki, alimlər koronovirusun əvvəlki variantları ilə müqayisədə  insanların surətlə “Omicron” a yoluxduğunu və  hər 10 nəfərdən 9-da eyni simptona rast gəlindiyini açıqlayıblar.

 

“The Mirror” qəzetinin məlumatına görə, hesabatda “Omicron” ştamının əlaməti olaraq ən çox boğazda yüngül qıcıqlanma, quru öskürək, yorğunluq, burun tıxanıqlığı və axmasına rast gəlinib. Ən az isə nəfəs darlığı, ishal, dad və qoxu itkisi qeydə alınıb. “Omicron” variantına yoluxma hallarının çox halda yüngül olduğu da qeyd edilib.

 

COVİD-19 virusuna yoluxan və peyvənd olunan insanların “Omicron” ştamını yüngül keçirəcəyi ehtimal olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?