Modern.az

İstanbulda 4 uşaq yanğında ölüb

İstanbulda 4 uşaq yanğında ölüb

Aktual

14 Dekabr 2021, 10:28

Türkiyənin İstanbul şəhərində yanğın nəticəsində 4 uşaq ölüb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Esenyurt rayonunda binanın zirzəmisində baş verən yanğın nəticəsində 4 uşaq ölüb, 2 nəfər yaralanıb.

 

Məlumata görə, yanğın binanın zirzəmisindəki elektrik qızdırıcısından başlayıb.

 

Hadisə yerinə polis, təcili tibbi yardım və xilasedici heyətlər cəlb olunub. Yanğından xilas edilən bir qadın və uşaq isə yaralı halda xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər