“Xidmətlər zərfinə aid xidmətlərin siyahısının artırılması ilə bağlı hökumətə təkliflər göndərilib. Hazırda zərfə 2550 xidmət daxildir. Yeni siyahıya daha 300 xidmətin əlavəsi nəzərdə tutulub. Zərfdən hər hansı xidmətlərin çıxarılması planlaşdırılmır, sadəcə müəyyən təsnifat kodları dəyişdirilə bilər".
Modern.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi ekspertizanın texniki qaydaları şöbəsinin müdiri Səbinə Quliyeva deyib.
Şöbə müdiri bildirib ki, Azərbaycanda icbari tibbi sığorta üzrə Xidmətlər zərfində il ərzində 300 sayda əməliyyat keçirilməsi limiti qoyulub:
“Bu Agentliyin ölkə üzrə göstərilən məhdud xidmətlər sırasındadır. Limitlər həm koxlear, həm də oynaqdaxili protezlərin yerləşdirilməsi ilə bağlıdır”.