“İcbari tibbi sığorta sisteminin işləməsi üçün maliyyə vəsaiti kifayət qədərdir.Özəl tibb müəssisələri ilə kifayət qədər müqavilələr imzalanıb. O həkimə yüksək əmək haqqı verilir ki, onun tibbi fəaliyyəti qənaətbəxşdir”.
Modern.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İşçi qrupunun rəhbəri, Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov deyib.
K. Ələkbərov nümunə olaraq qeyd edib ki, Kliniki Tibbi Mərkəzdə bu gün 12 min manat əmək haqqı alan cərrah, 5 min manatdan artıq maaş alan mama-ginekoloq var:
“Hətta 300 manat maaş alan mama-ginekoloq da var. Hansı ki, onun son 6 aydakı əməliyyat sayı sıfırdır. Həmin həkimə deyirəm ki, sənin bir qohumun belə yoxdur ki onu müayinə edəsən?! Deməli öz qohumları belə ona etibar etmir. Belə olan halda başqası onun yanına niyə gəlsin?! Hətta bəzi dövlət rəsmiləri zəng edib deyir ki, onu yola ver. Bildirirəm ki, artıq yolavermə kampaniyası bitib.Bəzən vicdanı susmuş bəzi həkimlər şou yaratmağa çalışırlar. Bəzi həkimlər İcbari Tibbin Sığorta üzrə Dövlət Agentliyi ilə bağlı doğru olmayan xəbərlər verirlər. Bildirirlər ki, Agentlik suallara cavab vermir, maliyyə çatmır. Bu gün ölkədə vətəndaş məmnunluğu lazımdır”.