Modern.az

Qrant müsabiqəsinə 478 layihə təqdim olunub

Qrant müsabiqəsinə 478 layihə təqdim olunub

Aktual

14 Dekabr 2021, 15:24

"Bu il üçün kiçik qrant müsabiqəsinə 7 istiqamət üzrə 478 layihə təqdim olunub. Onlardan 26 layihə müsabiqə qaydalarına uyğun təqdim edilmədiyindən texniki seleksiyadan keçməyib".

 

Modern.az xəbər verir ki, bu sözləri müsabiqənin nəticələrinə həsr olunmuş brifinqdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib.

 

O qeyd edib ki, 452 layihə isə qəbul edilib:

 

"415 QHT layihəsinin maliyyələşdirilməsi haqqında qərar qəbul olunub. Bu il kiçik qrant qrant müsabiqəsi Agentliyin yeni yaradılan elektron portalı “e-qrant.az” saytı vasitəsi ilə həyata keçirilib. Qrant müsabiqəsi insan haqları, ictimai vəkillik, demokratiya və hüquq məsələləri, insan alverinə qarşı mübarizə sahəsində təşəbbüslərin dəstəklənməsi, elm, təhsil, mədəniyyət və azərbaycançılığın təbliği, ailə, qadın, uşaq və gender məsələləri, ətraf mühitin və sağlamlığın qorunması, narkomaniya ilə mübarizə, açıq hökumətin və ictimai nəzarətin təşviqi, korrupsiyaya qarşı mübarizə, sosial (o cümlədən şəhid ailələri, müharibə veteranları, əlilliyi olan və digər həssas qruplara aid olan şəxslərin sosial problemlərinin, müharibə təsirlərinə məruz qalan bölgələrlə bağlı problemlərin həlli) və iqtisadi məsələlər, Azərbaycanın milli maraqlarının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda müdafiəsi mövzularını əhatə edib".

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər