Modern.az

Heyvanlar üçün də koronavirus peyvəndi hazırlandı

Heyvanlar üçün də koronavirus peyvəndi hazırlandı

Aktual

14 Dekabr 2021, 15:43

ABŞ-da heyvanlara koronavirusdan qorumaq üçün xüsusi vaksin vurulacaq. Peyvənddən ölkədəki zooparklarda istifadə etməyə başlayıblar.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, peyvənd ilk olaraq nəsli tükənməkdə olan heyvanları qorumaq üçün təcili istifadə icazəsi alıb.

ABŞ-ın Arizona ştatındakı Phoenix zooparkının baytarları ziyarətçilərlə yaxın təmasda olan 75 heyvana xüsusi koronavirus peyvəndinin ilk dozasını tətbiq ediblər.

Peyvənd Nyu-Cersidə yerləşən və beynəlxalq heyvan sağlamlığı şirkəti “Zoetis” tərəfindən xüsusi olaraq heyvanlar üçün hazırlanıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?