Modern.az

“Omicron”a qarşı yeni dərman 

“Omicron”a qarşı yeni dərman 

Aktual

15 Dekabr 2021, 09:24

“Biontech” firması koronavirusun yeni ştamı “Omicron”a qarşı hazırladığı dərmanın 89 faiz effektiv olduğunu açıqlayıb.

 

Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda şirkət rəsmi internet səhifəsində məlumat paylaşıb.

 

“Paxlovid” adlı dərmanının sayəsində xəstəxanaya yerləşdirilmə və ölüm sayının kəskin azalacağı təxmin edilir. Şirkət noyabrın 16-dan ABŞ Qida və Dərman İdarəsinə  dərmanın təcili istifadəsinə icazə vermək üçün müraciət edib.

 

Bundan əlavə, “Merck” şirkəti də koronavirusa qarşı hazırladığı dərmanın idarə tərəfindən təsdiq olunmasını gözləyir.

 

Təsdiq edildiyi təqdirdə hər iki şirkətin dərmanı amerikalı COVİD-19 xəstələri tərəfindən aptekdən alınıb istifadə oluna biləcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?