Modern.az

Daha 2 ölkədə “Omicron”

Daha 2 ölkədə “Omicron”

Aktual

15 Dekabr 2021, 14:22

Koronavirusun yeni ştamı “Omicron” Xorvatiya və Sloveniyada da aşkar olunub.

 

Modern.az xarici KİV-ə istinadən bildirir ki,  xəbər səhiyyə nazirlikləri tərəfindən təsdiqlənib.

 

Yeni ştamın Yeni il tətilindən sonra Bosniya və Herseqovina, Serbiya və Monteneqroda da yayılacağı təxmin edilir.

 

Xorvatiyada son 24 saatda 3 min 71, Sloveniyada 1712, Serbiyada 1547, Bosniya və Herseqovinada 684 yoluxma qeydə alınıb.

 

Son 24 saatda COVİD-19 virusundan ölənləri sayı isə Xorvatiyada 56, Sloveniyada 10, Serbiyada 32, Bosniya və Herseqovinada 81 nəfər olub.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?