“Koronavirus əleyhinə vaksinlərin immunoqlobin yaratma müddəti 5-6 aydır”.
Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti İsrail Məhərrəmbəyli deyib.
Onun sözlərinə görə, hər bir vaksin orqanizmin immun sistemini gücləndirir.
“Bəzi vaksinlər olur ki, xəstədə ömürlük immunetet yaradır. COVID-19 virusu ilə bağlı elmi-tədqiqat işləri sona qədər aparılmayıb. Buster doza immuniteti zəif olanlar üçün daha çox tövsiyə olur”.