Modern.az

Azərbaycanda ən yüksək maaş bu sektordadı - MƏBLƏĞ

Azərbaycanda ən yüksək maaş bu sektordadı - MƏBLƏĞ

Aktual

15 Dekabr 2021, 17:02

2021-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqları açıqlanıb.

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən xəbərə görə, 2020-ci ilin müvafiq dövrünə nisbətən əməkhaqqı 2,6 faiz artaraq 722,9 manat təşkil edib.

Neft-qaz sektorunda 3157,3 manat, qeyri neft-qaz sektorunda çalışanlarda isə əməkhaqqı 674 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 641,5 manat, özəl müəssisələrdə isə 819,3 manat olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu