Modern.az

Bu ölkədə 5-11 yaşlı uşaqlara koronavirus vaksini vurulur

Bu ölkədə 5-11 yaşlı uşaqlara koronavirus vaksini vurulur

16 Dekabr 2021, 09:18

İtaliyada 5-11 yaşlı uşaqlar koronavirusa qarşı peyvənd olunub.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, İtaliya Dərman Agentliyinin qərarına əsasən, “Pfizer -Biontech” vaksini 3 həftəlik fasilələrlə dozanın üçdə biri olmaq şərti ilə uşaqlara vurulub.

Paytaxt Romada yerləşən Spallanzani Yoluxucu Xəstəliklər Xəstəxanasında artıq 6-9 yaş arası 5 uşağın peyvənd olunduğu açıqlanıb.

İtaliya Pediatriya Dərnəyinin prezidenti Annamaria Staiano ölkədə  5-11 yaş arası 250 min uşağın koronavirusa yoluxduğunu, onlardan 1450-sinin xəstəxanaya yerləşdiyini, 36 uşağın reanimasiyada müalicə olunduğunu, 10-u isə dünyasını dəyişdiyini açıqlayıb.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?