Modern.az

Çavuşoğlu: Türkiyə-Ermənistan münasibətlərində Azərbaycanın maraqları nəzərə alınır

Çavuşoğlu: Türkiyə-Ermənistan münasibətlərində Azərbaycanın maraqları nəzərə alınır

Aktual

16 Dekabr 2021, 12:34

“Türkiyə hökuməti İstanbul – İrəvan təyyarə uçuşlarına başlamaq haqqında yerli və Ermənistan hava yolu şirkətlərinin müraciətlərini nəzərdən keçirir”.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O, bu xətdə hansı şirkətlərin xidmət göstərəcəyi yaxın günlərdə bəlli olacağını vurğulayıb:

“Bu istiqamətdə ilkin fikirlər müsbətdir. Rəsmi Bakının İrəvanla əhatəli sülh sazişi ilə bağlı çağırışları xüsusi əhəmiyyət daşıyır. Bu çağırışlar məsələyə Azərbaycanın da, Türkiyənin da yanaşmasını əks etdirir. Bizim niyyətimiz bəllidir. Azərbaycanın bir məqsədi olub, o da Ermənistan tərəfindən işğal edilmiş tarixi torpaqlarını geri qaytarmaqdır. Nəticə olaraq sülh sazişinə çağırış edən məhz Bakıdır. Deməli, Azərbaycanın mövqeyi tam konstruktivdir”.

Türkiyənin xarici işlər naziri “biz hər məsələdə Azərbaycanla məsləhətləşirik və Azərbaycanın bilgisi daxilində addımlar atırıq” deyib

 

“ Heç kimdə sual yaranmasın ki, biz Azərbaycandan ayrı hərəkət edə bilərik. Biz bir millət, iki dövlətik. Bunlar hamımızın xeyrinə olacaq müsbət addımlardır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza