Modern.az

ABŞ Əfqanıstana 1 milyon vaksin bağışlayacaq

ABŞ Əfqanıstana 1 milyon vaksin bağışlayacaq

16 Dekabr 2021, 13:15

ABŞ Əfqanıstana koronavirusa qarşı əlavə 1 milyon vaksin bağışlayacağını açıqlayıb.

Modern.az xəbər verir ki, bu haqda ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Uest məlumat verib.

Onun sözlərinə görə, Qlobal Giriş Proqramı çərçivəsində bu il Əfqanıstana göndərilən peyvəndlərin sayı 4,3 milyon olacaq.

Avqustun 17-dən “Taliban” rejimi Kabilə daxil olduqdan sonra ABŞ Əfqanıstan Mərkəzi Bankının təxminən 10 milyard dollarlıq ehtiyatını dondurub. Bundan əlavə, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və ABŞ Federal Ehtiyat Sistemi də Əfqanıstanın beynəlxalq fondlara çıxışını kəsib.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin hesabatına əsasən, Əfqanıstan humanitar yardıma ehtiyacı olan ilk 5 ölkə sırasındadır.

Qeyd edək ki, ötən həftə Çin Əfqanıstana “Sinopharm” şirkətinin istehsal etdiyi 800 min peyvənd göndərib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?