Modern.az

Mahir Emreli “Qarabağ”a qayıdacaq? - Klubdan AÇIQLAMA

Mahir Emreli “Qarabağ”a qayıdacaq? - Klubdan AÇIQLAMA

Aktual

17 Dekabr 2021, 11:40

“Müqavilə ilə hər hansı bir kluba məxsus olan futbolçu barədə fikir bildirmək peşəkarlıq baxımından doğru olmaz”.

Bu fikirləri Modern.az-a açıqlamasında "Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə  Polşa “Legiya”sında oynayan azərbaycanlı futbolçu Mahir Emreli haqqında deyib.

Onun sözlərinə görə, yayda “Qarabağ”dan “Legiya”ya keçən Mahir Emrelinin Varşava təmsilçisi ilə uzun müddətli, 3 illik müqaviləsi var.


“Bizim bildiyimiz qədəri ilə Mahir Emrelinin klubdan ayrılıb “Qarabağ”a geri dönmək fikri yoxdur”, -deyə sonda klub rəsmisi bildirib.

Qeyd edək ki, Mahir Emrelinin Plotsk “Visla”sı ilə oyundan sonra bazada azarkeşlər tərəfindən hücuma məruz qalması səbəbi ilə “Legiya” klubundan ayrılmaq istədiyi barədə xəbərlər yayılmışdı.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?