Modern.az

Yeni il ərəfəsində Bakıya qar yağacaq?

Yeni il ərəfəsində Bakıya qar yağacaq?

Aktual

17 Dekabr 2021, 12:04

Artıq Yeni ilə sayılı günlər qalıb. Bu günlərdə paytaxt sakinlərini düşündürən suallardan biri də bayram ərəfəsində qarın yağıb-yağmayacağı ilə bağlıdır.

Modern.az-ın bununla bağlı sorğusuna cavab olaraq ETSN Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, hələ Yeni ilə çox var və bu səbəbdən proqnoz verə bilmirlər:

“Uzunmüddətli proqnoz verdikdə çox zaman özünü doğrultmur. Bu səbəbdən heç nə deyə bilmirik. Amma yaxın 2-3 gün ərzində qarın yağacağı gözlənilmir. Digər günlər barədə dəqiq bir söz deyə bilmirik”.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza