Əvvəllər Bakıda mənzil növbəsinə dayananlar olurdu. Rəsmi qurumlarda işləyənlər mənzil növbəsinə götürülürdülər.
Bəs indi necə, hazırda da mənzil növbəsində olanlar var?
Bakı şəhər İcra Hakimiyyətindən Modern.az-a verilən məlumat görə, hazırda mənzil növbəsində duranlar rayonlar üzrə gözləmədədirlər.
“Şəhid ailələri, qazilər və əlillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mənzil növbəsindədirlər. Hər bir rayonun İcra Hakimiyyətində mənzil növbəsində duranlar da var. Hazırda növbədə duranların sayı haqqında məlumat yoxdur. Bakı şəhər İcra Hakimiyyətinin özündəki Mənzil şöbəsi ləğv edilib ”,-deyə Meriyadan bildirilib.