“Təcili yardım şöbələrində müdaxilə otaqları yaradılıb. Hər hansı kiçik cərrahi və travmatoloji hallarda xidmət vermək imkanı yaradır”.
Modern.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İşçi Qrupunun rəhbəri, Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov bildirib.
Onun sözlərinə görə, gələcəkdə təcili yardım şöbələrinin stasionar yükündən asılı olaraq, ərazisi müəyyənləşməlidir.
Hazırda İcbari Tibbi Sığortanın tətbiqində bəzi xəstəxanaların bina quruluşu bizə imkan vermir. Gələcəkdə çarpayı sayına görə müəyyənləşməsi, eləcə də müşahidə çarpayılarının ümumi çarpayı fonduna görə standartları olacaq. Artıq keçən ildən başlayaraq TƏBİB-in müəyyən departamenti xəstəxanalarda keyfiyyət standartlarının yaradılması üçün fəaliyyət göstərir və ilk ildə 20 kefyfiyyət standartının tətbiq olunmasına başlanılıb”.