“Məktəbi və ya sinfi dəyişmək məcburiyyətində qalanlan uşaqlar daha çox bullinqlə qarşılaşırlar. Sinif yoldaşları bu uşağa uyğunlaşa bilmir, onu qəbul edə bilmirlər”.
Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin canlı yayımında Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı bildirib.
Onun sözlərinə görə, həssas, konflikti, zarafatı təhlükə, narahatlıq kimi hiss edənlər daha çox bullinqə məruz qalır:
“Ailədə sosial təcridli böyüyən uşaqlar cəmiyyətə uyğunlaşa, davranış modeli seçə bilmir və sinifdə özünü kənara çəkərək, bullinqə məruz qalır. Acıdil, kobud uşaqlar siniflə davranışında nəzakətsizlik edirsə, bu uşağa qarşı bullinq kimi qruplaşma yaradıla bilər. Bu zaman sinfin öz səviyyəsinə baxmaq lazımdır. Bir sinifdə bulinqə məruz qalan uşaq digər sinifdə normal münasibət görə bilir”.